REGİONLAR
Bərdədə Nüsrət Kəsəmənlinin 70 illiyi münasibətilə şeir günü keçirilib
Bərdə, 29 dekabr, AZƏRTAC
Bərdə rayon Mərkəzi Kitabxanasında Nüsrət Kəsəmənlinin anadan olmasının 70 illiyinə həsr edilmiş “Nüsrət Kəsəmənli şeirləri” adlı şeir günü keçirilib.
AZƏRTAC xəbər verir ki, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələrinin, 3 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin, kitabxananın fəal oxucularının iştirak etdiyi tədbirdə çıxış edənlər şairin həyat və yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, məhəbbət, gənclik, sevgi şairi Nüsrət Kəsəmənlinin şeirləri oxucular tərəfindən sevilə-sevilə oxunur.
Tədbirdə şagird və tələbələr şairin şeirlərini söyləyiblər. Şeir günü şairin sözlərinə bəstələnən mahnıların ifası ilə yekunlaşıb.