REGİONLAR
Bərdədə “Vətənpərvərlik milli-mənəvi dəyər kimi” mövzusunda tədbir keçirilib
Bərdə, 10 avqust, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı təbliğat qrupunun növbəti tədbiri "Vətənpərvərlik milli-mənəvi dəyər kimi" mövzusunda şəhər 2 saylı uşaq kitabxanasında keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “İdeoloji maarifləndirmə konsepsiyası” ilə bağlı YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımovun təşkilatçılığı ilə keçirilən tədbir ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Təbliğat qrupunun üzvü Aydın Qasımovun məruzəsində ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində aparılan işlər, ölkəmizin inkişafı və milli-mənəvi dəyərlərin zənginləşdirilməsi üzrə həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Gənclərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində ölkəmizdə müxtəlif tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. Mövzunun əhəmiyyətini qeyd edən A.Qasımov milli-mənəvi dəyərlərin hər bir gəncin həyatında mühüm yer tutduğunu bildirərək, bu xüsusiyyətlərə sadiq olmanın vacibliyini söyləyib.
Tədbir mövzu ətrafında diskussiya ilə davam edib. YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri - Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi Şəmsiyyə Abbaszadə, 3 nömrəli tam orta məktəbin direktoru Səfurə Hümbətova və gənclər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi qələbədən, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun mənəvi gücündən, dövlətin bu sahədə həyata keçirdiyi davamlı siyasətdən və qarşıda duran əsas məqsəd və vəzifələrdən, gənclərin tərbiyə olunmasında milli-mənəvi dəyərlərin əhəmiyyətindən danışıblar.