REGİONLAR


Bərdədə buğda sahələrinin hər hektarından 44,2 sentner məhsul götürülür

Bərdə, 25 iyun, AZƏRTAC

Bərdə rayonunda taxıl biçini uğurla davam edir. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu günədək taxıl sahələrinin 9232 hektarında biçin aparılıb, 39 min 428 ton məhsul əldə edilib. Hər hektardan orta məhsuldarlıq buğda zəmilərində 44,2 sentner, arpa sahələrində isə 38,9 sentnerdir.

Bərdə torpaq mülkiyyətçiləri bu mövsümdə 11 min 573 hektar sahədə taxıl bitkiləri becəriblər. Onun 9005 hektarı buğda, 2568 hektarı arpa əkinləridır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.