CƏMİYYƏT
Bərdədə keçmiş məhkumdan iki kiloqrama yaxın marixuana götürülüb
Bakı, 21 yanvar, AZƏRTAC
Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kürdborakı kənd sakini, əvvəllər məhkum olunmuş S.Mehdiyev Baş Narkotiklərlə Mübarizə İdarəsi və Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Axtarış zamanı ondan 19 qramdan çox marixuana götürülüb.
Davam etdirilən tədbirlərlə onun evindən isə əlavə olaraq 1 kiloqram 770 qram marixuana aşkar edilib.
Faktla bağlı təhqiqat aparılır.