DÜNYA


Berlində terrorçunun məhkəməsi başlanıb

Berlin, 17 may, AZƏRTAC

Almaniya paytaxtında tunisli Anis Amrinin cinayət yoldaşı olması güman edilən 31 yaşlı Dağıstan sakini, Məhəmmədəli adlı şəxsin işi üzrə məhkəmə iclası başlanıb. AZƏRTAC xəbər verir ki, 2016-cı ilin axırlarında, Milad yarmarkası zamanı avtomobili yoldan keçən insanların üstünə qəsdən sürməkdə şübhəli sayılan Anis Amri keçən il həbs edilib.

Müttəhimlər kürsüsündə əyləşən Məhəmmədəli artıq mühakimə olunmuş tunisli ilə birlikdə Berlin şimalında iri dəmiryol vağzalındakı ticarət mərkəzində partlayış törətməkdən ibarət başqa bir terror aktı planlaşdırmaqda şübhəli sayılır. Xoşbəxtlikdən, həmin terror aktı baş tutmayıb.

Müstəntiqlər bildirirlər ki, Məhəmmədəli partlayıcı maddənin detonasiya edilməsini planlaşdırırdı. Onlarda olan məlumata görə, cinayətkara bu məsələdə iki nəfər kömək edib. Onlardan biri Anis Amri, digər isə hələlik ələ keçməmiş Klement adlı fransızdır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.
Bölmənin digər xəbərləri