CƏMİYYƏT
Beyləqanda şadlıq saraylarında reydlər keçirilib
Bakı, 26 iyul, AZƏRTAC
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evlərində profilaktiki tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbirlər zamanı şadlıq evlərinin rəhbərlərinə Operativ Qərargahın toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qəbul etdiyi qərarlarla bağlı məlumatlar verilib. Həmçinin şadlıq saraylarında keçirilən mərasimlər zamanı toya dəvət olunan qonaqların COVID-19 pasportları yoxlanılıb. Qonaqlar arasında peyvənd olunmayan şəxslər məclislərə buraxılmayıblar.
Polis əməkdaşları vaksinasiyadan keçməyən vətəndaşlarla profilaktiki söhbətlər apararaq, mövcud qaydalara riayət etmələrinin vacibliyini onların diqqətinə çatdırıblar.