REGİONLAR
Beyləqanda şəkər çuğunduru yığımı davam edir
Beyləqan, 18 noyabr, AZƏRTAC
Beyləqan rayonunun fermerləri şəkər çuğunduru yığımını davam etdirirlər.
Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, torpaq mülkiyyətçiləri bu il 398,3 hektar sahədə şəkər çuğunduru səpini həyata keçiriblər. Beyləqanlı fermerlər sahələrin 326,3 hektarında yığım aparıb, 16 min 224 ton məhsul əldə ediblər. Hər hektarın orta məhsuldarlığı 497,2 sentnerdir. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilir.
Qeyd edək ki, vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]