İDMAN


Beynəlxalq Atletika Federasiyasına ilk dəfə qadın vitse-prezident təyin ediləcək

Bakı, 11 mart, AZƏRTAC

Bu il ilk dəfə Beynəlxalq Atletika Federasiyasına qadın vitse-prezident təyin ediləcək.

AZƏRTAC Azərbaycan Atletika Federasiyasının saytına istinadla xəbər verir ki, federasiyanın prezidenti Sebastian Co bu barədə deyib: “Beynəlxalq Qadınlar Günündə idmanımızın idarəetmə strukturlarında gender bərabərliyinə bağlılığımızı möhkəmləndirməkdən məmnunluq hissi duyuram. Mən gender liderlik təşkilatımızı formalaşdırdım, çünki daha çox qadını idmanımıza təşviq etmək, onlara imkan vermək üçün yol və proqramları təmin etmək istəyirik”.

Federasiya qadınların idmanda daha yüksək səviyyədə təmsil olunmasına çalışır. Beynəlxalq Atletika Federasiyası Konqresinin 2016-cı ildə keçirdiyi genişmiqyaslı islahatlar nəticəsində bu qurumun rəhbərliyində gender bərabərliyinə nail olmaq üçün mühüm addımlar atılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.