İQTİSADİYYAT
Beynəlxalq Enerji Agentliyi: Neftin qiymətinin bahalaşması artan tələbatı yavaşlada bilər
Bakı, 20 aprel, AZƏRTAC
Neftin qiymətinin bahalaşması artan tələbatı yavaşlada bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.
“Son həftələrdə neftin qiyməti təxminən 3,5 ilin maksimumuna çatıb. Lakin buna baxmayaraq bəzi neft istehsalçıları “qara qızıl”ı daha yüksək qiymətə satmağı arzulayır. Neftin qiymətinin bahalaşması isə öz növbəsində artan tələbatı yavaşlada bilər”, - deyə F.Birol qeyd edib.
O bildirib ki, neftin qiyməti indiki ilə müqayisədə daha yüksək olacağı təqdirdə ABŞ-da şist, Braziliyada isə açıq dənizdə neft istehsalı artacaq: “Qlobal neft bazarında artan tələbata baxmayaraq bu sektora investisiyalar hələ də azdır. Hər il köhnələn neft yataqları nəticəsində gündəlik 3 milyon barrel neft itkiyə gedir. Qlobal neft tələbatını ödəmək üçün gündəlik əlavə 1,5 milyon barrel neft istehsal etməyə ehtiyac var. Hazırda artan neft tələbatının üçdəbiri Asiya qitəsində formalaşır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]