CƏMİYYƏT


Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi ilə İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi əməkdaşlıq edəcək

Bakı, 4 iyul, AZƏRTAC

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və nümayəndəliyin proqram meneceri Mariya Nikolovska Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan Alveri Qurbanlarına Yardım

Mərkəzinin direktoru Həbibə Qəribova ilə görüşüb.

BMqT-ın Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, V.Qyorqiyev Mərkəzin mövcud və potensial insan alveri qurbanları arasında dayanıqlığın və məlumatlılığın artırılması istiqamətində BMqT ilə məhsuldar əməkdaşlığa görə minnətdarlığını bildirib. V.Qyoqiyev ehtiyacı olan şəxslərin faydalanmaları üçün gələcək əməkdaşlığın vacibliyini vurğulayıb.

H.Qəribova Mərkəzin imkanları və fəaliyyəti barədə qonaqlara məlumat verib. Qeyd edib ki, Mərkəz artıq 10 ildir fəaliyyət göstərir və insan alveri, həmçinin məişət zorakılığına məruz qalan qurbanlara dəstək göstərir. “Mərkəzdə qurbanlara tibbi, psixoloji, hüquqi, təhsil, təlim və məşğulluqla bağlı geniş xidmətlər təklif olunur”, - deyə H.Qəribova bildirib.

H.Qəribova Zabrat qəsəbəsində tikilən yeni inzibati binanın Mərkəzin fəaliyyətini genişləndirməyə imkan verəcəyini qeyd edib. Mərkəzin yeni binada artıq 2020-ci ildən etibarən fəaliyyət göstərəcəyini deyib.

M.Nikolovska bildirib ki, Mərkəzin Azərbaycanın regionlarında məlumatlılığın artırılması istiqamətində gördüyü işlər insan alverinə qarşı mübarizə və qurbanlara yardım sahələrindəki ümumi məqsədlərə çatmaq üçün vacib əhəmiyyət kəsb edir.

Görüşdə tərəflər gələcək əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.