MƏDƏNİYYƏT
Beynəlxalq Muğam Mərkəzində Milli Kamera Ansamblının konserti olub
Bakı, 23 may, AZƏRTACA
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası və Radiosunun Milli Kamera Ansamblının konserti olub.
AZƏRTAC xəbər verir ki, “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə reallaşan konsert Səid Rüstəmovun “Rəqs” kompozisiyası ilə başlanıb. Ansamblın bədii rəhbəri və dirijoru Arzu Səlimovadır.
Gecədə Xalq Artisti Gülyaz Məmmədova, ifaçılar Səid Rüstəmov, Nicat Cəfərzadə, Rahidə Baxış, Aqil Rzayev, Türkay Məlikova, Könül Məmmədli, Babək Şuşalı, Məmmədəli İbrahimov, Aynur İsgəndərli və başqalarının ifasında Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları səsləndirilib.
Tədbirin sonunda Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor Tərlan Quliyev çıxış edərək musiqi mədəniyyətimizin inkişafına göstərilən dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.