CƏMİYYƏT


“Beynəlxalq Multikulturalizm” elmi jurnalının yeni sayı nəşr edilib

Bakı, 11 may, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Beynəlxalq Multikulturalizm” elmi araşdırmalar jurnalının 2021-ci ildə yeni sayı nəşr edilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, jurnalın bu nömrəsində ABŞ-ın Minnesota Universitetinin alimi Lisa Vasquezin multikulturalizm ekspertlərinin rolunun artırılması və multikulturalizm təhsili sahəsi ilə əlaqədar müəllim hazırlıq proqramlarının təqdimatı ilə bağlı maraqlı elmi-araşdırması, Bolqarıstanın Cənub-Qərb “Neofit Rilski” Universitetindən Qabriela Belova Belova-Qaneva və Qergana Vasileva Ceorgievanın Bolqarıstanın timsalında Avropada Multikulturalizm adlı elmi-araşdırması, Nigeriyanın “Cross River” Texnologiya Universitetinin alimi Klement E. Akpanq Fransanın Müasir Afrika Sənətkarlığında multikultural dəyərlərin araşdırılması ilə bağlı, Azərbaycan alimi Fəridə Məmmədovanın Albaniyanın tarixi və ədəbiyyatı ilə əlaqələrini geniş şəkildə tədqiq edən məqaləsi, Hindistanın SRM Elm və Texnologiya İnstitutundan tədqiqatçılar S.Asvini Çithra və Arçana Arulun Multikultural faktorlar və Hindistan cəmiyyətinin multimodal prinsip əsasında diskurs təhlil-tədqiqat təcrübəsinin araşdırılması kimi maraqlı elmi məqalələr dərc edilib.

Jurnalda, eyni zamanda, Türkiyənin Manisa Celal Bayar Universitetinin alimi Ülviyyə Aydının Malayziyanın tanınmış alimi Mohammad Ismath Ramzy Mohammad İsmailla apardığı elmi müsahibəsi və Avstraliyanın Viktoriya Melburn Universitetinin tədqiqatçısı və Avstraliyanın “InTouch” adlı ailə zorakılığına qarşı multikultural mərkəzin tədqiqatçısı Imaan Khanla birgə “Minority Women and Western Media.Challenging Representations and Articulating New Voices” adlı kitaba verdikləri elmi şərh də yer alıb.

“Beynəlxalq Multikulturalizm” elmi araşdırmalar jurnalı multikulturalizm sahəsində elmi-tədqiqatların nəticələrini əks etdirən, ildə 2 dəfə ingilis dilində dərc edilən elmi-tədqiqat məcmuədir. Bütün beynəlxalq standartlara tam cavab verən jurnal regionda bu istiqamətdə ilk elmi nəşr sayılır. Elmi nəşrin redaksiya heyəti və ikili anonim rəyçi qrupu da bu sahədə tanınmış xarici mütəxəssislərdən formalaşıb.

Qeyd edək ki, “Beynəlxalq Multikulturalizm” elmi araşdırmalar jurnalı 2020-ci il dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Şurasında qeydiyyatdan keçib. Jurnalın məqsədi yerli tədqiqatçılarımızın multikulturalizm sahəsində elmi yenilikləri əks etdirən məqalələrini beynəlxalq auditoriyaya çatdırmaq və xarici alimlər arasında elmi ünsiyyətin genişləndirməsinə yardımçı olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.