MƏDƏNİYYƏT


Beynəlxalq Muzeylər Günü maestro Niyazinin ev-muzeyində də qeyd edilib

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir maestro Niyazinin adını daşıyan 22 nömrəli uşaq musiqi məktəbinin iştirakı ilə reallaşıb.

Əvvəlcə məktəbin müəllim və şagirdləri muzeydə yer alan eksponatlarla yaxından tanış olublar.

Muzeyin direktoru Rza Bayramov çıxış edərək tədbirin əhəmiyyəti və Beynəlxalq Muzeylər Günü haqqında qonaqlara məlumat verib.

Qeyd edib ki, builki Beynəlxalq Muzeylər Günü “Hiperkommunikasiya dövründə muzeylər: yeni yanaşmalar, yeni auditoriyalar” mövzusuna həsr olunub.

R. Bayramov xatırladıb ki, Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik ölkəmizdə də geniş miqyasda qeyd edilir.

Sonra muzeyin bir sıra çap məsulları musiqi məktəbinə hədiyyə olunub.

Tədbir musiqi məktəbinin şagirdləri və müəllimlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.