Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişir Usmanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz Azərbaycan Prezidenti kimi məsul vəzifədə işlədiyiniz illər ərzində respublikanın dinamik inkişafı üçün hər cür şərait yaradaraq müstəsna nəticələrə nail olmusunuz. Azərbaycanın iqtisadiyyatda, sosial və ictimai-siyasi sahələrdə qazandığı uğurlar, beynəlxalq arenada onun nüfuzu haqlı olaraq Sizin səmərəli fəaliyyətinizlə bağlıdır.

İnanıram ki, Sizin yüksək peşəkarlığınız, respublikaya hədsiz sədaqətiniz, müstəsna idarəçilik keyfiyyətləriniz bundan sonra da Azərbaycanın firavanlaşmasına və onun xalqının rifahının yüksəlməsinə xidmət edəcək.

İcazə verin, Sizə səmimi qəlbdən xoşbəxtlik, möhkəm cansağlığı, habelə respublikanın Prezidenti vəzifəsində Azərbaycan xalqının uğurları və rifahı naminə bol-bol uğurlar diləyim.

Dərin hörmətlə,

 

Əlişir Usmanov

Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin