Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan və ən xoş arzularımı bildirməkdən şərəf duyuram.

Müstəqil Azərbaycan Respublikası Sizin yorulmaz fəaliyyətiniz sayəsində sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə sanballı uğurlar qazanaraq dünya birliyinin fəal və nüfuzlu üzvünə çevrilib.

COVID-19 pandemiyasının yayılması ilə bağlı yaranmış mövcud şəraitdə Sizin təşəbbüsünüzlə türkdilli dövlətlərin proseslərə çevik reaksiya göstərməsi və böhran şəraitində dərin həmrəylik nümayiş etdirməsi beynəlxalq ictimaiyyət üçün əsl örnək oldu.

Bu xoş fürsətdən istifadə edərək Sizi bir daha ürəkdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.

Dərin hörmətlə,

 

Darxan Kıdırəli

Beynəlxalq Türk Akademiyasının prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin