Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadan

Azərbaycan Respublikasının Prezidenti Zatı-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.

Uzaqgörən rəhbərliyinizlə Azərbaycan əldə etdiyi nailiyyətlərlə regionun ən inkişaf etmiş ölkəsinə çevrilib və beynəlxalq arenadakı uğurları ilə dünya birliyinin fəal üzvü kimi nüfuz qazanıb.

Sizin verdiyiniz mühüm töhfələrin və apardığınız uğurlu siyasətin nəticəsi kimi, türk dünyasının birliyi daha da möhkəmlənməkdə və daha vüsətli bir mərhələyə qədəm qoymaqdadır. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna dəyərli dəstəyinizə, təşkilatın fəaliyyətini yüksək qiymətləndirdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizin təşəbbüsünüzlə yaradılmış Fond yeni layihə və proqramları ilə türk dünyasını beynəlxalq aləmdə qürurla təbliğ edərək işini yüksək etimadınıza layiq olaraq davam etdirəcək.

Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, xoşbəxtlik arzulayır, bir daha səmimi qəlbdən təbrik edirik.

Fürsətdən istifadə edərək Sizi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə də ürəkdən təbrik edirik.

Dərin hörmətlə,

 

Günay Əfəndiyeva

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin