Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından böyük, tarixi Qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Azərbaycanın əzəli torpaqlarının işğalçılardan təmizlənməsi Sizin dövlətə, dövlətçiliyə olan ehtiramınızın, müdrik siyasətinizin, möhkəm və yenilməz iradənizin nəticəsidir.

Sizin söylədiyiniz “Bizim gücümüz birliyimizdədir” fikri Vətənin keçdiyi bu şərəfli, çətin sınaq zamanında Azərbaycan xalqına güc vermiş, onda inam yaratmış, sarsılmaz birliyin rəmzinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpa edilməsi, ərazi bütövlüyünün təmin olunması naminə yorulmaz fəaliyyətinin bu gün Sizin tərəfinizdən davam etdirilməsi nəticəsində Azərbaycan bütün dünyaya öz ərazi bütövlüyünə, öz dəyərlərinə sahib çıxdığını göstərmişdir. İmza atdığınız bu tarixi uğur yalnız Azərbaycanın deyil, ümumilikdə bütün Türk Dünyasının böyük tarixi uğurudur.

Əminəm ki, Azərbaycanın işğalçı qüvvələr tərəfindən məhv edilən, təhqir olunan bəşəri mahiyyətli tarixi, mədəni abidələri, memarlıq və incəsənət nümunələri Sizin rəhbərliyinizlə yenidən öz əsrarəngiz gözəlliyini bərpa edəcəkdir. Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski və bir çox böyük sənətkarların vətəni olan Qarabağ torpağı öz işıqlı və gözəl günlərinə qayıdacaqdır.

Torpaqlarımızın hər qarışının azad edilməsi uğrunda xüsusi rəşadət göstərən Azərbaycan Ordusuna təşəkkürlərimi bildirir, qorxmadan, cəsarətlə Vətən uğrunda canını qurban verən şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik.

Fürsətdən istifadə edərək, bu möhtəşəm Qələbə münasibətilə Sizi bir daha təbrik edir, Azərbaycanın inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Dərin hörmətlə,

 

Günay Əfəndiyeva

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin