Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, yazıçı, akademik Albert Lixanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Çox xoşdur ki, Siz atanız Heydər Əliyevin işini layiqincə davam etdirirsiniz.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, tükənməz enerji və Azərbaycan xalqının, Azərbaycan uşaqlarının naminə bütün səylərinizdə yeni uğurlar arzu edirəm.

Ümidvaram ki, uşaqların müdafiəsi sahəsində bundan sonra da səmərəli əməkdaşlıq edəcəyik.

Hörmətlə,

 

Albert Lixanov

Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti,

yazıçı, akademik

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin