ELM VƏ TƏHSİL
Beynəlxalq festivalda Türkiyə mədəniyyətinin bir sıra nümunələri nümayiş olunur
Bakı, 9 iyun, AZƏRTAC
Türkiyənin Yunus Əmrə İnstitutu ADA Universitetində keçirilən 11-ci beynəlxalq festivalda təmsil olunur. Festival çərçivəsində təşkil olunan sərgidə Türkiyə mədəniyyətinin bir sıra nümunələri nümayiş edilir.
Yunus Əmrə İnstitutunun müəllimi Hüseyn Musayev AZƏRTAC-a bildirib ki, sərgidə türk mətbəxinin müxtəlif təamları, bu ölkənin Antalya, Kappadokiya və digər gözəl guşələrinin mənzərələri təqdim edilir. Bundan əlavə, sərgidə Türkiyənin çini üzərində sənət nümunələri, türk xalıları və s. nümayiş olunur. Eyni zamanda, Türkiyə mədəniyyəti və tarixi ilə bağlı tələbələrə iki sual ünvanlanıb. Bu sualları cavablandıran tələbələr qiymətli hədiyyələrlə mükafatlandırılacaq.