ELM VƏ TƏHSİL


Beynəlxalq jurnalın xüsusi buraxılışı ADU-nun professorunun redaktorluğu ilə çap olunub

Bakı, 30 iyun, AZƏRTAC

Beynəlxalq “Web of Science” və “Scopus” platformalarında indeksləşmiş “Beynəlxalq praqmatika jurnalı”nın xüsusi buraxılışı Azərbaycan Dillər Universitetinin (ADU) Ümumi dilçilik kafedrasının müdiri professor Azad Məmmədovun redaktorluğu ilə çap olunub. Xüsusi buraxılışın mövzusu “Dialoji diskursun tədqiqi: praqmatika və koqnisiya” adlanır.

Bu barədə AZƏRTAC-a ADU-dan bildirilib. Jurnalın bu nömrəsində Böyük Britaniya, Polşa, İtaliya, İspaniya və digər ölkələrin nüfuzlu universitetlərinin əməkdaşları ilə yanaşı, Azərbaycan alimlərinin də məqalələri dərc olunub.

Xüsusi nömrənin professor Azad Məmmədovun redaktorluğu ilə çap olunması Azərbaycan dilçilik elminə verilən böyük qiymətdir. Jurnalda Azərbaycan Dillər Universitetinin alimləri Könül Hacıyeva və Misgər Məmmədovun həmmüəllifi olduqları “Onlayn sinif kontekstində dilçilik diskurs modellərinin didaktik-psixoloji xüsusiyyətlərinin tədqiqi” məqaləsi yer alıb.

Jurnalın bu buraxılışının digər redaktoru Konin Dövlət Tətbiqi Elmlər Universitetinin professoru Barbara Levandovski-Tomaşekdir.

Qeyd edək ki, jurnal Hollandiyanın “Brill” nəşriyyatı tərəfindən 2009-cu ildən ildə iki dəfə nəşr olunur. Jurnalın baş redaktoru Polşanın Lodz Universitetinin kafedra müdiri məşhur dilçi professor Pyotr Çapdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.