REGİONLAR


Beynəlxalq təşkilatlar erməni faşizminin növbəti təzahürü olan Bərdə qətliamına siyasi-hüquqi qiymət verməlidirlər

Naxçıvan, 28 oktyabr, AZƏRTAC

Ermənistan ordusunun döyüş zonasından çox-çox kənarda yerləşən Bərdə şəhərinə iki gün ard-arda raket zərbəsi endirməsi, nəticədə mülki şəxsləri vəhşicəsinə qətlə yetirməsi erməni faşizminin növbəti təzahürüdür. Həmin hücum nəticəsində ilkin məlumata görə, 21 nəfər dinc sakin həlak olub, 70-dən çox insan yaralanıb. Bu, faktiki olaraq müharibə cinayətidir və bütün tərəqqipərvər dövlətlər, beynəlxalq təşkilatlar bu cinayətlərə siyasi-hüquqi qiymət verməlidirlər.

AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu fikirləri Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədov deyib. O bildirib ki, tarixboyu müstəqil dövlətçiliyi olmayan erməni etnosuna həmişə ədalət və insanlıq duyğularından çox uzaq olan quldur simalı şəxslər başçılıq ediblər. Kənar güclərin fəal dəstəyi ilə Cənubi Qafqaz regionunda təqribən yüz il əvvəl meydana çıxan erməni “dövləti” isə bir qayda olaraq terrorçu quldur dəstəsi tərəfindən idarə olunub. Bu oyuncaq respublikanın dövlət başçıları, hökumət üzvləri müxtəlif zamanlarda fərqli siyasi partiyalarda təmsil olunsalar da, eyni dərəcədə cəllad, vandal və faşist xislətli şəxslərdir. Ölkədə artıq neçə onilliklərdir ki, faşizm həm ictimai şüur forması, həm də rəsmi dövlət ideologiyası kimi özünün ikinci inkişaf dövrünü yaşayır. İkinci Dünya müharibəsi illərində alman reyxinə xidmət etmiş Njde, Dro kimi qəddar simasızlar qəhrəmanlaşdırılır, onlara abidələr qoyulur, böyüməkdə olan nəslə nümunə göstərilir. Bu quldur dövlətində nəinki hərbçilər, hətta həkim, müəllim, alim kimi dinc peşə sahibləri belə, eyni dərəcədə quldur, cani və qatildirlər.

Şamxal Məmmədov qeyd edib ki, quldur xislətli “başçıların” idarəçiliyində formalaşan, nəsildən-nəslə ötürülən türk düşmənçiliyinin, mifik “böyük Ermənistan” ideologiyasının daşıyıcısı olan erməni etnosu isə öz vəhşiliyi, qaniçənliyi, qonşu xalqlara qarşı kini və nifrəti ilə faşistləri belə çox geridə qoyub. Özünü “yazıq”, “mədəni”, “əzabkeş” kimi qələmə verən bu toplum insanlıq baxımından “mağara adamı” səviyyəsindən yuxarı qalxa bilməyib. Bu gün erməni deyilən varlıq öz dağıdıcılığı, amansızlığı, qəddarlığı ilə heyvandan da aşağı səviyyədədir. Hələlik bu topluma “adam olmaq” kimi humanist bir missiyanı Azərbaycan əsgəri öyrədir. Gəncə, Bərdə qətliamları isə bir daha göstərir ki, Ermənistan rəhbərliyi faşist ideologiyasının təmsilçisi kimi qalmaqdadır. Onlar bu gün dinc əhaliyə qarşı Hitlerin, Səddam Hüseynin vəhşi üsullarından istifadə edirlər. Heç bir şübhəniz olmasın ki, lazımi məqamda bu cəlladlar öz xalqının nümayəndələrini də kütləvi şəkildə qətlə yetirə bilərlər. Xəstə təfəkkürlü xalqın nümayəndələrində hər bir mənfur hərəkəti gözləmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.