Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.7-ci, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq  qərara  alır:

 1. 45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Elbrus Hüseyn oğlu Əhmədovun səlahiyyətlərinə 2014-cü il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin yekunları elan olunanadək müvəqqəti xitam verilsin.

 2. Hüri Məmməd qızı Hüseynova və Mahirə Zakir qızı Hüseynova 2014-cü il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin yekunları elan olunanadək 45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

 Sədr     Məzahir Pənahov

          

Katib     Arifə Muxtarova

 

Katib     Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin