MƏDƏNİYYƏT


Biləsuvar Regional Mədəniyyət və Turizm  İdarəsinin veb-saytı istifadəyə verilib 

Bakı, 20 oktyabr¸ AZƏRTAC

Oktyabrın 20-də Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin internet saytının təqdimatı olub.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən nazirliyin texniki təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov sayt (bilasuvar.mctgov.az ) haqqında ətraflı məlumat verib.

Bildirilib ki, saytda regional idarənin əhatə etdiyi rayonların (Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl) mədəniyyət və turizmi haqqında dolğun məlumatlar əksini tapıb. Saytda, həmçinin regionda yerləşən tarixi abidələr, muzeylər, turizm marşrutları ilə bağlı məlumatlara geniş yer ayrılıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən nazirliyin 15 regional idarəsinin yaradılmasının bu sahədə idarəçiliyin daha da təkmilləşdirməsinə xidmət etdiyini vurğulayıb.

Diqqətə çatdırılıb ki, müasir dövrdə informasiya texnologiyalarının imkanlarından daha səmərəli istifadə edərək ölkəmizin mədəniyyət və turizminin təbliği genişləndirilir.

Nazirliyin regional idarələri üzrə ilk saytın təqdim olunduğunu deyən Ə.Qarayev qeyd edib ki, ilin sonunadək bütün regional idarələrin saytları istifadəyə veriləcək.

Nazir bu istiqamətdə görülən işlərin daha da sürətləndirilməsi üçün tapşırıq və tövsiyələrini verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.