CƏMİYYƏT
Binəqədi rayonunda mağazadan və avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıblar
Bakı, 7 fevral, AZƏRTAC
Binəqədi rayonunda mağazadan və avtomobildən pul, mobil telefon və maqnitofon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Pənahov rayon polis idarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi rayonunda neft quyusunu elektrik enerjisi ilə təmin edən naqili kəsərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Orucov və S.Səfərov rayon polis idarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən yaxalanıblar.
Hər iki faktla bağlı araşdırmalar aparılır.