CƏMİYYƏT


Binəqədi rayonunda velosiped oğurlayan şəxslər yaxalanıblar VİDEO

Bakı, 2 mart, AZƏRTAC

Binəqədi rayonunda avtomobillərin maqnitofonlarını və binaların girişlərində saxlanılan velosipedləri oğurlayan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı vətəndaş Məhərrəm Kazımov tutulub. Araşdırma zamanı onun iki avtomobildən oğurluq etməklə yanaşı, üç velosipedi ələ keçirərək satdığı da məlum olub. M.Kazımovun sonuncu velosiped oğurluğu ərazidə quraşdırılmış müşahidə kameraları vasitəsilə lentə alınıb.

Bölmə əməkdaşlarının keçirdikləri daha bir tədbir zamanı isə analoji cinayətlər etməkdə şübhəli bilinən şəxs - əvvəllər məhkum olunmuş Faiq İsmayılov saxlanılıb. Onun Binəqədi rayonunda ümumi dəyəri 1800 manat olan üç velosiped oğurladığı müəyyən edilib.

Saxlanılan şəxslər barəsində 5-ci polis bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

M.Kazımov və F.İsmayılovun digər cinayətlər törətdikləri də istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə ərazi üzrə polis idarə, şöbə, habelə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.