ELM VƏ TƏHSİL


Binəqədi rayonunda yerləşən Laçın rayonu 21 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib

Bakı, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 10-da Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi “Bağlar” massivində yerləşən Laçın rayonu 21 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib. Tədbirdə nazir müavini Firudin Qurbanov, Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov və məktəb direktoru iştirak ediblər.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu məktəb 264 şagird yerlikdir. Təhsil müəssisəsində sinif və məktəbəhazırlıq otaqları, eləcə də 3 laboratoriya, fizika, kimya, informatika, hərbi hazırlıq və 2 texnologiya kabineti var. Məktəb üçün geniş və müasir idman zalı, kitabxana, həmçinin 162 yerlik akt zalı istifadəyə verilib. Təhsil müəssisəsində 35 pedaqoji və 14 texniki işçi çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.