CƏMİYYƏT


Binəqədi rayonunun orta ümumtəhsil məktəbləri arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilib

Bakı, 13 oktyabr, AZƏRTAC

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının, Binəqədi rayon gənclər və idman idarəsinin təşəbbüsü ilə Binəqədi Gənclər evində 18 oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr edilmiş “Xəmsə” Milli İntellektual Oyununun rayon mərhələsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın icrası çərçivəsində təşkil olunan yarışda rayonun orta ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlər yarışıblar. Bilik yarışında 16 komanda iştirak edib.

Yarışın açılışında çıxış edən Binəqədi rayon gənclər və idman idarəsinin rəis müavini Sevinc Süleymanova iştirakçıları Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib, onlara təhsildə uğurlar və yüksək nailiyyətlər arzulayıb.

Komandalara oyunun qaydaları barədə məlumat veriləndən sonra intellektual yarışa start verilib.

Yekunda 115, 205, 299, 313, 83, 217, 244, 297 nömrəli tam orta məktəblərin komandaları yarımfinala yüksəliblər.

Yarımfinal və final yarışları oktyabrın 15-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.