REGİONLAR


Bir gündə 650 min ağac əkək: Abşeron sakinləri genişmiqyaslı kampaniyada fəal iştirak edirlər FOTO VİDEO

Xırdalan, 6 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC

Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü respublikamızda, o cümlədən Abşeron rayonunda da böyük razılıqla qarşılanıb. Azərbaycanda ilk dəfə bir gündə bu qədər sayda ağac əkiləcək.

AZƏRTAC xəbər verir ki, dekabrın 6-da Abşeron rayon sakinləri də bu genişmiqyaslı kampaniyaya həvəslə qoşulub, qabaqcadan müəyyən olunmuş ərazilərdə rayonun iqliminə uyğun minlərlə ağac tinginin əkilməsində iştirak edirlər.

Rayonun musiqi məktəblərinin yetirmələrinin nağara və sazda ifaları, rəqs kollektivinin çıxışı tədbirə əlavə rəng qatıb.

Qeyd edək ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyev tərəfindən İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması görkəmli şairin ədəbi irsinin təbliği və öyrənilməsində yeni imkanlar açıb. Həmçinin “Nəsimi ili” çərçivəsində ölkəmizdə və dünyada bir sıra mühüm tədbirlər də keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.