ELM VƏ TƏHSİL
Birinci ixtisas qrupu üzrə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri müzakirə olunub
Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın 23-də Dövlət İmtahan Mərkəzində (DİM) kimya fənni üzrə işçi qrupunun iclası keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, iclasda I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri müzakirə olunub.
İmtahan modelində nəzəri biliklərin tətbiqinə yönəlmiş, məntiqi düşünməyə əsaslanan, səbəb-nəticə əlaqələri üzərində qurulan sxem, qrafik, cədvəl formalı tapşırıqlara üstünlük verilib. Həmçinin Eyler-Venn diaqramı və klasterdən istifadə edilib.
İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.
Qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri “Abituriyent” jurnalının 1-ci sayında dərc ediləcək.
İşçi qrupunun növbəti iclası noyabrın 30-da olacaq.