İQTİSADİYYAT


Birinci rübdə dəmir yolu ilə daxili istiqamətlərdə 224,2 mindən çox sərnişin daşınıb

Bakı, 4 iyul, Elvin Camalov, AZƏRTAC

Bu ilin ilk rübündə dəmir yolu ilə daxili istiqamətlərdə 224 min 222 sərnişin daşınıb.

AZƏRTAC “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadla xəbər verir ki, 3 ayda dəmir yolu nəqliyyatından şəhərətrafı istiqamətlərdə 458 min 671, beynəlxalq istiqamətlərdə isə 35 min 417 sərnişin istifadə edib.

Yanvar-mart aylarında dəmir yolu ilə ümumilikdə 718 min 310 sərnişin daşınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.