CƏMİYYƏT
“Birinci səviyyə səhiyyə xidməti” üzrə işçi qrupuna namizədlərlə görüş keçirilib
Bakı, 22 sentyabr, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi xidmətlər departamentinin təşkilatçılığı ilə “Birinci səviyyə səhiyyə xidməti” üzrə işçi qrupuna namizədliyi təklif olunmuş şəxslərlə görüş keçirilib.
TƏBİB-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Tibbi Xidmətlər departamentinin rəhbəri Firəngiz Əliyeva, Stasionar tibbi xidmətin təşkili şöbəsinin müdiri Kəmalə Ağayeva, Ailə həkiminin təşkili şöbəsinin məsləhətçisi Nəhmət Rəhmanov, Ana və uşaq sağlamlığının təşkili şöbəsinin baş mütəxəssisi Şəbnəm Şahgəldiyeva, Ailə həkimliyinin təşkili şöbəsi baş mütəxəssis Nərmin Osmanlı, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "PROACT CARE" layihəsinin ilkin səhiyyə xidməti üzrə məsləhətçisi professor Mehmet Akman və layihənin ictimai sağlamlıq üzrə məsləhətçisi Kövsər Vatansevər iştirak ediblər.
Tədbirdə çıxış edənlər dünyanın müxtəlif ölkələrində tətbiq edilən ilkin səhiyyə xidməti modelləri ilə bağlı fikirlərini bölüşüblər.
Daha sonra təqdimatlar ətrafında geniş müzakirələr aparılıb.