RƏSMİ XRONİKA


Birinci vitse-prezident Mehriban Əliyeva oğlu Heydərin toyu ilə bağlı instaqram hesabında paylaşım edib

Bakı, 26 noyabr, AZƏRTAC

Noyabrın 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oğlu Heydər Əliyevin toyu ilə bağlı rəsmi instaqram hesabında paylaşım edib.

AZƏRTAC xəbər verir ki, Mehriban xanım paylaşımında ötən gün oğlu Heydər Əliyevin toy mərasiminin keçirildiyini qeyd edib. Paylaşımda deyilir: “Dünən ailə üzvləri və doğmalarımızla oğlumuz Heydərin toyunu qeyd etdik. Xoşbəxtəm ki, artıq bizim üç qızımız var! Bütün valideynlər kimi biz də oğlumuza ailə səadəti arzulayırıq! Uca Allah gənc ailəyə yar olsun, bir-birinə olan Sevgi və Hörməti bir ömür boyu qorumağa kömək etsin! Xoşbəxt olun!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin