ELM VƏ TƏHSİL
Birinci yarımil üzrə yekun qiymətləndirmə
Bakı, 22 yanvar, AZƏRTAC
Ümumtəhsil məktəblərində 2018-2019-cu tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirmə keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, böyük summativ qiymətləndirmənin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.
Böyük summativ qiymətləndirmə vasitələri ümumtəhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanıb. Bu qiymətləndirmə məktəb rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllimlər tərəfindən aparılır.
Qeyd edək ki, böyük summativ qiymətləndirmənin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur, şagirdin yarımillik və illik qiymətlərinin hesablanması zamanı nəzərə alınır.