SİYASƏT


Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror aktını qınayıb

Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror aktını qınayıb

Bakı, 27 yanvar, AZƏRTAC

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın paytaxtı Tehranda Azərbaycan Respublikasının səfirliyində əməkdaşlardan birinin ölümü və digərlərinin yaralanması ilə nəticələnən terror aktını qətiyyətlə pisləyib və beynəlxalq qaydalara uyğun olaraq diplomatik binaların qorumasının təmin olunmasının vacibliyini vurğulayıb.

AZƏRTAC BƏƏ Xəbər Agentliyinə istinadla xəbər verir ki, bu barədə Əmirliyin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin məlumatında qeyd edilib.

“Təhlükəsizlik və sabitliyə xələl gətirməyə yönəlmiş, mənəvi və insani dəyərlərə və prinsiplərə zidd olan bütün zorakılıq və terror formalarını daima qınayırıq. Azərbaycan Respublikası hökumətinə və onun dost xalqına, bu ağır cinayətin qurbanının ailəsinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını diləyirik”, - deyə məlumatda qeyd olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.