Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiyası”na qoşulmaq haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası 2005-ci il 23 noyabr tarixli “Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiyası”na müvafiq bəyanatlarla (bəyanatların mətni əlavə olunur) qoşulsun.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 mart 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin