Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bişkek sammiti: Sarkisyan yalanlarına qarşı İlham Əliyevin dəmir məntiqi

Bişkek sammiti: Sarkisyan yalanlarına qarşı İlham Əliyevin dəmir məntiqi

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasında bir sıra mühüm razılıqlar əldə edilib. Təşkilata üzv olan ölkələr müxtəlif sahələrdə, o cümlədən təhlükəsizliyin təmini, terrorla mübarizə, nəqliyyat sferalarında əlaqələri gücləndirmək niyyətlərini ifadə ediblər. Hazırda bu problemlər dünya üzrə kəskinləşib. 25 illik yubileyini qeyd edən MDB üçün də onların əhəmiyyəti böyükdür. Lakin həmin sammitdə öz ənənəsinə sadiq qalan Ermənistanın dövlət başçısı, şər-böhtan xarakterli fikirlər ifadə edərək, Azərbaycanı aprel müharibəsini törətməkdə günahlandırmağa cəhd edib. Buna cavab olaraq, Azərbaycan Prezidenti çıxışında Serj Sarkisyanın danışdıqlarının həqiqəti əks etdirmədiyini dəmir məntiqlə sübut edib, illərdir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan bir ölkənin başçısının çıxışlarının əsl paradoks olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bununla İlham Əliyev növbəti dəfə rəsmi İrəvanın təxribat xarakterli hərəkətini ifşa edib.

Yubiley sammitində erməni yalanı: Sarkisyan xislətini cilovlaya bilmir

MDB-nin yaradılmasının 25 illiyi ilə əlaqədar Qırğızıstanın paytaxtı Bişkekdə təşkilata üzv dövlətlərin başçılarının növbəti sammiti dünya miqyasında mürəkkəb geosiyasi proseslərin getdiyi bir vaxtda keçirilib. Bu məqam, təbii ki, müzakirələrin məzmununa ciddi təsir etməli idi. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında həmin məqama xüsusi diqqət yetirərək, təhlükəsizlik probleminin indi aktual olduğunu vurğulayıb. Dövlət başçısı deyib: "Biz təhdidlərin artdığı dövrdə yaşayırıq. Bu təhdidlərə hazır olmaq lazımdır. Yaxın tarixin göstərdiyi kimi, heç bir ölkə təhdidlərlə, beynəlxalq terrorçuluqla, ekstremizmlə, radikalizmlə təkbaşına bacara bilməz. Bizim ölkələri həm də bu meyllərin təhlükəsini dərk etməyimiz birləşdirir. Biz onu da anlayırıq ki, bütün beynəlxalq birlik beynəlxalq terrorçuluğa qarşı mübarizədə səylərini birləşdirməlidir" (bax: Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib / AZƏRTAC, 16 sentyabr 2016).

Bütövlükdə nitqini üzv ölkələrin sosial, iqtisadi, humanitar, enerji problemlərinin həlli və insanların rifah halının yaxşılaşdırılması istiqamətində əməkdaşlığın inkişaf etdirilməsinə həsr edən Azərbaycan rəhbəri tədbirin ruhuna tam uyğun məzmunlu mövqe seçib. Çünki hazırkı şəraitdə səmimi və konstruktiv mövqeli dövlət üçün vətəndaşların həyat səviyyəsi və ölkələrdə sabitliyin təmin edilməsindən önəmli başqa faktorlar ola bilməz. Prezident İlham Əliyev bu sammitdə də reallığa uyğun praqmatik fəaliyyət kursu seçdiyini nümayiş etdirib (bax: əvvəlki mənbəyə).

Bu məqamı biz həm də ona görə xüsusi vurğulayırıq ki, Azərbaycan dövlətinin başçısının çıxışı fonunda Ermənistan prezidentinin söylədikləri çox cılız və yersiz görünürdü. Serj Sarkisyan MDB-dəki vəziyyətlə bağlı bir neçə ümumi tezis deyəndən sonra növbəti dəfə öz yalançı və böhtançı məntiqini işə salıb. O, bu ilin aprel ayında cəbhə xəttində baş verən silahlı toqquşmanı düzgün müstəvidə təqdim etməyib.

Erməni lider yenə də yalan danışaraq, Azərbaycan tərəfini ittiham edib. O deyib ki, qarşı tərəfin atəşkəsi pozması nəticəsində itkilər olub və Rusiya ilə Amerika rəhbərliyinin təşəbbüsü ilə, "şükür ki", müharibə dayandırılıb. Yəni, S.Sarkisyan öz mənfur ənənəsinə sadiq qalaraq, yenə də yalanları ilə insanları çaşdırmaq niyyəti ilə öz təxribatçı addımlarını Azərbaycanın boynuna qoymaq istəyib (bax: Выступление Президента Сержа Саргсяна на заседании Совета глав государств-участников СНГ в узком составе / "www.president.am", 16 sentyabr 2016).

Azərbaycan Prezidentinin bu yalanlara verdiyi tutarlı cavaba keçməzdən əvvəl iki məqama diqqət yönəltmək istərdik. Birincisi, İlham Əliyevlə Serj Sarkisyanın çıxışlarının məzmununun müqayisəsi göstərir ki, Azərbaycan tərəfi daim əməkdaşlığa, barışa istiqamətləndiyini nümayiş etdirib. Rəsmi Bakı bütün beynəlxalq tədbirlərdə onların məzmun və məqsədinə uyğun fikirlər ifadə edir. Və hər bir halda qarşılıqlı faydalı əlaqələrin inkişafına xidmət edən tezislər irəli sürür. Ermənistan rəhbərliyi isə əksinə, hər fürsətdə özünün mənfur niyyətlərini ört-basdır edərək, başqalarına böhtan atmaq çərçivəsində çıxışlar edir. Bu, iki dövlətin mahiyyətindəki fərqləri gözəl üzə çıxarır.

İkincisi, MDB kimi təşkilat artıq bu hallara qarşı öz qəti sözünü deməlidir. Təşkilata üzv ölkələr S.Sarkisyan kimi ara qarışdıranların fikirlərinə rəsmi münasibətlərini bildirməlidirlər. Rusiya Prezidenti də daxil olmaqla üzv dövlətlərin başçılarının belə situasiyalarda konkret mövqe bildirməmələri başqa məqamlarla yanaşı, təşkilatın etibarına da ciddi zərbədir. Məsələ Azərbaycan tərəfinin ermənilərin böhtanına layiqli cavab verib-verməməsində deyil. Bizcə, artıq səmimiyyət və qətiyyət zamanıdır. Əks halda, MDB-nin səmərəli inteqrasiya təşkilatı kimi perspektivi şübhə altına alınmış olar.

Ədalətli və konstruktiv mövqe: İlham Əliyevin qətiyyətli cavabı

Bunlara baxmayaraq, Prezident İlham Əliyevin Serj Sarkisyana çox tutarlı və reallığa uyğun cavab verdiyini mütləq vurğulamaq lazımdır. Belarus Prezidenti Aleksandr Lukaşenko da azərbaycanlı həmkarını düzgün anlayaraq öz çıxış növbəsini ona verməklə səmimi hərəkət edib. İlham Əliyev əvvəlcə nitqində Dağlıq Qarabağ məsələsinə niyə toxunmadığına aydınlıq gətirib. Azərbaycan rəhbəri bu məsələnin başqa beynəlxalq təşkilatlarda həll edildiyinə görə, hazırkı sammitdə bu barədə danışmadığını bildirib.

İlham Əliyev açıq ifadə edib: "Mən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin başqa beynəlxalq strukturlarda həll edilməsini əsas tutaraq, bu gün bu mövzuda danışmağı lazım bilmədim. Amma, erməni tərəfinin növbəti şikayətini eşidəndə, bunu şərh etməyi özümə borc saydım" (bax: Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan prezidentinin təxribat xarakterli çıxışına tutarlı və sərt cavab verdi / AZƏRTAC, 17 sentyabr 2016).

Dövlət başçısı vurğulayıb ki, Ermənistan Azərbaycan torpaqlarını neçə illərdir ki, işğal altında saxlayır. BMT kimi ali beynəlxalq təşkilat bu məsələ ilə bağlı dörd qətnamə qəbul edib. Ancaq rəsmi İrəvan onların heç birinə əməl etmir (bax: əvvəlki mənbəyə). Özü də nəinki onların reallaşdırılmasına əngəl törədir, hətta təcavüz qurbanına qarşı şər-böhtan siyasəti də yürüdür. Bununla "Ermənistan beynəlxalq təşkilatları tamamilə bezdirib" (bax: əvvəlki mənbəyə).

Ermənistanın addımları "...tamamilə qanunsuzdur, cinayətdir və bu cinayət indiyə qədər davam edir" (bax: əvvəlki mənbəyə). Ancaq beynəlxalq təşkilatların sənədlərində münaqişənin həllinin dəqiq formulu öz əksini tapıb. Bu sənədlərdə göstərilir ki, işğalçı zəbt etdiyi torpaqlardan qeyd-şərtsiz çəkilməlidir. Buna baxmayaraq, Azərbaycan rəhbərinin xüsusi vurğuladığı kimi, paradoksal vəziyyət yaranıb. Ermənistanın təcavüzdən əl çəkməsi təmin edilmir, həm də buna rəğmən, rəsmi İrəvan qarşı tərəfi günahlandırmaq kimi absurd addımlar atır. Və bu hala qarşı heç bir beynəlxalq təşkilat qəti tədbir görmür. Paradoksallıq bundan ibarətdir.

Belə yanaşmanın nəticəsidir ki, cinayətkar Ermənistan rəhbərliyi müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanı yersiz olaraq günahlandırır, absurd arqumentlərlə həqiqətdən uzaq olan təsəvvürlər yaratmağa çalışır. Təəssüf ki, MDB də belə təxribatçı çıxışların məkanı olmaqda davam edir. Təbii ki, bütün bunlara son qoyulmalıdır.

Şübhə yoxdur ki, Azərbaycan Prezidentinin bu fikirləri ilə MDB iştirakçı dövlətlərinin hamısı (Ermənistan istisna olmaqla) razılaşır. Serj Sarkisyanın replikasına İlham Əliyevin dəqiq və obyektiv cavab verməsinə reaksiya müsbət olub. Lakin bu vəziyyət də bir daha təsdiq edir ki, münaqişəni ədalət prinsipi üzrə həll etməyin vaxtı çoxdan çatıb. Ermənilər hər fürsətdə aranı qarışdırır və real əməkdaşlığa ciddi zərbə vurur. Əslində, rəsmi İrəvanın heç bir arqumenti yoxdur. Serj Sarkisyan çıxışlarında eyni yalanları müxtəlif ad altında təkrarlayır. Bundan siyasətçilər də artıq beziblər. Bu səbəbdən də o, dayandırılmalıdır.

Prezident İlham Əliyevin Bişkekdəki çıxışı bir daha göstərdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən beynəlxalq qurumlar konkret addımlar atmalıdırlar. Belə olmasa, regionda təhlükəsizliyin təmini ciddi təhdidlərlə qarşı-qarşıya qala bilər. Bunun real olaraq dərk edilməsinin zamanı çoxdan çatıb!

Newtimes.az 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar VİDEO

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb