SİYASƏT


Bob Bləkmən: Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini dərhal Azərbaycan tərəfinə təqdim etməlidir

London, 6 iyun, AZƏRTAC

İşğaldan azad olunmuş Kəlbəcər rayonunda tank əleyhinə minanın partlaması nəticəsində ikisi jurnalist olmaqla, 3 nəfər mülki şəxsin həlak olması xəbəri məni dərindən kədərləndirib. Mən Azərbaycan xalqına və həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Bu sözləri Böyük Britaniya parlamentində Azərbaycan üzrə Qrupun sədri, deputat Bob Bləkmən AZƏRTAC-ın müxbirinə verdiyi müsahibəsində deyib.

“Hərbi əməliyyatların sonlanmasına baxmayaraq, hələ də insanların həyatını itirməsi üzücüdür. Gələcəkdə bu kimi insan itkisinin qarşısının alınması üçün Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini dərhal Azərbaycan tərəfinə təqdim etməlidir”, - deyə o əlavə edib.

Bob Bləkmən, həmçinin bu kimi halların bölgədə davamlı sülhün bərqərar olunmasına maneə törətdiyini qeyd edərək beynəlxalq ictimaiyyətin baş verənlərə lazımi reaksiya verəcəyinə ümid etdiyini bildirib.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.