MƏDƏNİYYƏT


Boğaziçi Film Festivalında qaliblərə üç yeni mükafat veriləcək

Bakı, 11 sentyabr, AZƏRTAC

Beynəlxalq Boğaziçi Kino Dərnəyi və İstanbul Media Akademiyası tərəfindən təşkil olunan altıncı Beynəlxalq Boğaziçi Film Festivalında qalib ekran əsərlərinə üç yeni mükafat veriləcək.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, festivalın “Milli tammetrajlı film yarışması”ndakı filmlərdən birinin prodüseri, Film Prodüserləri Peşə Birliyi (FİYAB) tərəfindən veriləcək xüsusi mükafat da qazanacaq. Bundan başqa, digər iki ekran əsərinə 50 min lirə dəyərində mükafat təqdim olunacaq.

Qeyd edək ki, qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəklədiyi, Anadolu Agentliyinin qlobal kommunikasiya tərəfdaşı olduğu festival tanınmış aktyor Robert Redfordun rol aldığı “Qoca və Silah” (The Old Man end The Gun) filmi ilə açılacaq. Devid Loverynin ekranlaşdırdığı filmdə R.Redfordla yanaşı, bir sıra tanınmış aktyorlar da rol alır. 70 yaşlı Forrest Takerin gerçək həyat hekayəsindən götürülən film Türkiyədə ilk dəfə göstəriləcək.

Festival oktyabrın 26-dan noyabrın 3-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.