İDMAN


Boksçularımız Qızıl kəmər seriyası çərçivəsində ilin ilk yarışında güclərini sınayacaqlar

Boksçularımız Qızıl kəmər seriyası çərçivəsində ilin ilk yarışında güclərini sınayacaqlar

Bakı, 31 yanvar, AZƏRTAC

Kişi boksçulardan ibarət Azərbaycan millisi Qızıl kəmər seriyası çərçivəsində ilin ilk yarışında iştirak edəcək. Yığma komanda fevralın 2-10-da Mərakeşdə keçiriləcək turnirdə güclərini sınayacaq.

AZƏRTAC Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, Azərbaycan yarışda baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi ilə 10 boksçu ilə təmsil olunacaq. Məşqçilər Qızıl kəmər seriyasında Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verəcəklər.

Turnirdə ölkəmizi Rövşən Qədirov hakim kimi təmsil edəcək. Komanda fevralın 12-də Vətənə qayıdacaq.

Qeyd edək ki, yarışda 53 ölkədən 370-dən çox boksçunun iştirakı gözlənilir. Onlar 25 çəki dərəcəsi (13 kişi, 12 qadın) üzrə qalibləri müəyyənləşdirəcəklər.

Turnirin püşkü fevralın 1-də atılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.