İDMAN


Boksçularımız beynəlxalq turnirdə 2 medal qazanıblar

Bakı, 21 sentyabr, AZƏRTAC

Rusiyanın Krasnodar şəhərində gənc boksçular arasında Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq turnir keçirilib.

AZƏRTAC xəbər verir ki, 15 ölkədən 146 idmançının qatıldığı yarışda Azərbaycan yığması 4 boksçu ilə təmsil olunub.

Baş məşqçi Əsgər Eyvazovun rəhbərliyi etdiyi komanda çıxışını 2 bürünc medalla başa vurub. Boksçularımızdan Nicat Hüseynov (51 kq) və Fətəli İsmayılov (86 kq) üçüncü yeri tutublar. Fətəli İsmayılov və Tural Sarıyev (48 kq) göstərdikləri döyüşə görə turnirin xüsusi kuboku ilə də mükafatlandırılıblar.

Qeyd edək ki, yarış Monteneqronun Budva şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.