Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi, Azərbaycan xalqına sülh və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm.

İcazə verin, ölkələrimiz və xalqlarımız arasında çoxillik dostluq, səmərəli əməkdaşlıq münasibətlərinin intensiv inkişafından məmnun olduğumu bildirim.

Azərbaycan Respublikasının milli bayramı ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş mükəmməl ikitərəfli münasibətlərin yüksək qiymətləndirilməsini təsdiqləmək və onların gələcəkdə də dinamik şəkildə inkişafını arzulamaq üçün xoş bir fürsətdir.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Rumen Radev

Bolqarıstan Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin