Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bolqarıstan Respublikasının sabiq Prezidenti Petar Stoyanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli Prezident.

Sizi doğum gününüz münasibətilə təbrik edir, xoş günlər arzulayıram. Ümidvaram ki, Siz hələ bundan sonra uzun illər ölkənizin inkişafına töhfələr verəcəksiniz.

Bu xoş fürsətdən istifadə edərək, öz fəaliyyəti ilə dünya miqyasında getdikcə nüfuz qazanan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə verdiyiniz dəstəyə görə Sizə təşəkkür edirəm.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar və ailə səadəti arzulayıram.

Doğum gününüz münasibətilə Sizi bir daha təbrik edirəm.

Səmimiyyətlə,

 

Petar Stoyanov

Bolqarıstan Respublikasının sabiq Prezidenti (1997-2002),

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin