DÜNYA


Bolqarıstan mayın 1-dən etibarən ölkəyə əcnəbi turistlərin gəlişinə icazə verib

Sofiya, 24 aprel, AZƏRTAC

Bolqarıstan Səhiyyə Nazirliyi mayın 1-dən etibarən əcnəbi turistlərə sərhədləri açmaq barədə qəbul edib.

AZƏRTAC xəbər verir ki, bunu səhiyyə naziri vəzifəsini icra edən Kostadin Anqelov deyib. Qərarla bağlı keçirilən brifinqdə K.Anqelov qeyd edib ki, mayın 1-dən etibarən əcnəbi turistlər koronavirusa qarşı peyvənd olunduğu barədə şəhadətnamə, neqativ koronavirus testi və ya 6 ay ərzində koronavirusa yoluxma barədə sənədi təqdim etdiyi halda ölkəyə buraxılacaqlar. Bildirilir ki, Bolqarıstan tezliklə xaricdəki konsulluq qurumlarının fəaliyyətini bərpa edəcək.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.