DÜNYA


Bolqarıstanda leysan yağışları səbəbindən meteoroloji təhlükənin “narıncı” kodu elan edilib

Sofiya, 15 oktyabr, AZƏRTAC

Bolqarıstanın 16 bölgəsində leysan yağışları səbəbindən meteoroloji təhlükənin “narıncı”, 10-unda isə “sarı” kodu elan edilib.

Bu barədə ölkənin Milli Hidrologiya və Meteorologiya İnstitutu məlumat yayıb.

“Narıncı” kod elan edilən ərazilərdə yağıntının orta miqdarının bu gün 65 millimetrə çatacağı gözlənilir. “Sarı” təhlükə koduna daxil olan bölgələrdə isə orta yağıntının miqdarı 20-35 millimetr olacaq.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.