Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Bosnia internattional” Beynəlxalq Demokratik Gənclər Təşkilatının sədri Ernad Deni Çomaqadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Qarabağda suverenliyinizin bərpa olunması münasibətilə Bosniya diasporu adından Sizi təbrik edirəm.

Bosniya xalqı Azərbaycan xalqının vəziyyətini yaxşı anlayır və onunla oxşar çətinlikləri yaşayıb. Azərbaycanın qələbəsini ədalətin zəfəri kimi görməkdən məmnun olduq. Bu, bizə bir daha sübut etdi ki, xalq öz istəyi ilə azadlıq uğrunda səy göstərməsə, heç kim onun yerinə bunu etməyəcək.

Azanın Şuşa və Ağdam məscidlərindən əbədi səslənməsini, həmçinin Bosniya xalqı ilə Azərbaycan xalqının qardaşlığının daimi olmasını arzu edirik.

 

Ernad Deni Çomaqa

Almaniyanın Frankfurt şəhərində fəaliyyət göstərən “Bosnia internattional” Beynəlxalq Demokratik Gənclər Təşkilatının sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin