DÜNYA
Bosniya və Herseqovinanın Neum şəhərində meşə yanğını baş verib
Sarayevo, 3 avqust, AZƏRTAC
Bosniya və Herseqovinanın yeganə sahil şəhəri olan Neumda meşə yanğını baş verib.
AZƏRTAC xəbər verir ki, hazırda yanğının söndürülməsi üçün səy göstərilir. İşlərə ətraf əyalətlərdən gələn yanğınsöndürənlər də cəlb edilib. Güclü külək alovun geniş əraziyə yayılmasına səbəb olub. Şəhərə gedən yollardan birinin bağlandığı bildirilir.
Ölkənin digər bölgələrində isə günlərdir davam edən yanğınlarla mübarizə davam etdirilir. Yanğınlara Bosniya və Herseqovina Silahlı Qüvvələrinin helikopterləri və Xorvatiyadan göndərilən yanğınsöndürənlər cəlb olunub.
Boraçko gölü və “Blidnye” Milli Parkı ərazisindəki meşə yanğınlarının ən böyük təhlükə yaratdığı bildirilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [14:57]
Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib
- 08.05.2024 [14:35]
BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur
- 08.05.2024 [14:12]
BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib
- 08.05.2024 [13:35]
Çexiyada pivə istehlakı tarixi minimuma enib
- 08.05.2024 [12:55]
“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir
- 08.05.2024 [12:45]
İsrail Kerem-Şalom keçid məntəqəsini açıb
- 08.05.2024 [12:20]