Botanika İnstitutunun Etnobotanika şöbəsinin əməkdaşları çöl tədqiqatları aparıblar
AzerTAg.az
30.03.2023 [18:12]
Bakı, 30 mart, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda Etnobotanika şöbəsinin əməkdaşları Ağsu rayonunda ekspedisiyada olublar.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, ekspedisiyada məqsəd meşə ekosistemlərinin və Tuqay meşə bitkiliyinin müasir vəziyyətinin öyrənilməsi və erkən yaz bitkilərinin tədqiqi idi.
Ağsu rayonunun Kalva, Xatman, Dilman və Hacıman kəndləri ərazisində aparılan tədqiqatlar zamanı 40-dan çox dərman və qida əhəmiyyətli ağac, kol və ot bitkiləri qeydə alınıb. Erkən yaz bitkilərindən 11 fəsiləyə aid 48 herbari nümunələri yığılıb, bəzi lokalitetlərinin GPS koordinatları götürülüb və populyasiyalarının vəziyyəti öyrənilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
31.05.2023 [20:24]
31.05.2023 [18:03]
31.05.2023 [18:01]




MULTİMEDİA
31.05.2023 [23:49]
31.05.2023 [20:16]
31.05.2023 [19:40]
31.05.2023 [20:58]
31.05.2023 [20:51]
31.05.2023 [20:39]
31.05.2023 [20:30]
01.06.2023 [03:10]
01.06.2023 [00:09]
31.05.2023 [23:50]
31.05.2023 [18:03]
31.05.2023 [18:01]
31.05.2023 [20:17]
31.05.2023 [18:24]
31.05.2023 [17:59]
31.05.2023 [10:39]
30.05.2023 [16:45]
31.05.2023 [20:51]
30.05.2023 [21:12]
30.05.2023 [18:17]
31.05.2023 [22:51]
31.05.2023 [22:44]
Xəbərin mətnində orfoqrafik səhv var