ELM VƏ TƏHSİL
“Botanika bağları və dendroparklarda landşaft arxitekturası” mövzusunda V beynəlxalq elmi konfrans keçiriləcəkdir
Bakı, 19 fevral (AZƏRTAC). Cari ilin oktyabrın 1-dən 4-dək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərdəkan Dendrarisində “Botanika bağları və dendroparklarda landşaft arxitekturası” mövzusunda V beynəlxalq elmi konfrans keçiriləcəkdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, konfrans işini “Landşaft arxitekturasının müasir problemləri”, “Landşaft arxitekturasının obyektlərində bitkilərin monitorinqi” və “Sənaye zonalarının yaşıllaşdırılmasında botanika bağlarının rolu” bölmələri üzrə davam etdirəcəkdir.
Konfransda iştirak etmək istəyənlər tezis və ərizələrini mayın 30-dək [email protected], [email protected] və [email protected] elektron ünvanlarına göndərə bilərlər.
Konfransın materialları toplu şəklində nəşr olunacaqdır (əlaqə telefonları: (+99412) 454-60-62, (+99412) 454-10-50, faks: (+99412) 454-03-74.