SİYASƏT
Böyük Britaniyanın Azərbaycandakı səfiri ölkəmizdəki fəaliyyətinin əsas prioritetləri barədə danışıb VİDEO
Bakı, 25 oktyabr, AZƏRTAC
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ölkəmizdəki fəaliyyətinin beş əsas prioritetləri barədə danışıb.
AZƏRTAC xəbər verir ki, bu barədə səfir özünün tviter hesabında videoçarx paylaşıb.
“Azərbaycan 30 ildir ki, Böyük Britaniya üçün vacib tərəfdaşdır. Böyük Britaniyanın Azərbaycandakı səfiri olaraq beş əsas prioritetim bunlardır: İkitərəfli ticarəti və investisiyaları artırmaq, eləcə də beynəlxalq biznes üçün ən yaxşı mühitin yaradılmasında Azərbaycana kömək etmək; Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayarkən Azərbaycana iqlim dəyişikliyinə uyğunlaşmaqda və aşağı karbonlu iqtisadiyyata keçiddə kömək etmək; Regionun ən mühüm təhlükəsizlik problemlərinin həllində Azərbaycanla tərəfdaş olmaq; Dünya səviyyəli ingilis dili tədrisi və imtahanları vasitəsilə Azərbaycanın istedadlı gənclərin potensialına çatmasına kömək etmək və parlaq universitetlərimizdə təhsil alan azərbaycanlıların sayını artırmaq; Qadınlar və qızların Azərbaycanın gələcəyinə tam töhfə verməsi üçün dəstəklənməsi”, - deyə paylaşımda qeyd edilib.