CƏMİYYƏT


Böyük su hövzələrində plastik tullantıların həcmi 100 milyon tonu keçib

Bakı, 11 may, AZƏRTAC 

BMT-nin Cenevrədəki ofisində plastik tullantıların ixracının tənzimlənməsinə dair iclas başa çatıb.

AZƏRTAC xəbər verir ki, 180 ölkənin iştirak etdiyi tədbirdə həmin maddələrin bəşəriyyət üçün təhlükəsi bir daha vurğulanıb. Qeyd olunub ki, dünyada hər il okeanlara və digər su hövzələrinə 8 milyon tonadək belə tullantı atılır.

Tədbir iştirakçıları təhlükəli tullantıların ixracına dair Bazel Konvensiyasının tələblərinin yerinə yetirilməsini vacib sayıblar. Ekspertlərin fikrincə, böyük su hövzələrində plastik maddələrin həcmi 100 milyon tonu keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.